Bu gün nə etməliyəm?
Hazırlanacaq, təhvil veriləcək və geri alınacaq işləri gündəlik görünüşdə izləyin.
SİZİN İŞİNİZ. SİZİN DƏFTƏRİNİZ.
Sifarişlər, icarələr, müştərilər və ödənişlər bir dəftərdə. Gününüzü planlayın, təhvilləri izləyin, kimin nə qədər borcu olduğunu görün.
İlk 3 ay bütün imkanlar pulsuzdur. Kart tələb olunmur.


İşiniz çox olsun. Qarışıqlıq olmasın.
Ayrı dəftərlər və mesajlar arasında axtarmağa ehtiyac qalmasın. İşinizin vacib detalları öz yerində olsun.
Hazırlanacaq, təhvil veriləcək və geri alınacaq işləri gündəlik görünüşdə izləyin.
İcarə nüsxələrinin tarixlərini təqvimdə görün və üst-üstə düşən bronlardan xəbərdar olun.
Razılaşdırılmış məbləği, alınan pulu və qalan borcu hər iş üzrə ayrı görün.
birnote İLƏ TANIŞ OLUN
Gündəlik baxışdan hesabatlara qədər — lazım olan məlumatı axtardığınız yerdə tapın.
Təhvil, qaytarılma və hazırlıq işləri bir görünüşdədir. Gecikən işləri vaxtında fərq edin.

Müştəri, məhsullar, tarixlər və ödənişlər bir yerdə qalsın. Dəyişikliklərin tarixçəsini görün.

İş yükünüzü və icarə nüsxələrinin məşğulluğunu gün, həftə və ay görünüşlərində izləyin.

Alınan və qaytarılan pulu, cari borcları izləyin. Hesabatlarla işinizin nəticələrini görün.


Nümayiş məlumatları · tətbiqin real görünüşü. Tətbiqin interfeysi hazırda Azərbaycan dilindədir.
İŞİNİZƏ UYĞUN BİR DƏFTƏR
Tort, gül, hədiyyə və fərdi məhsul sifarişlərində detalları, hazırlığı və təhvili izləyin.
Hazır məhsul satışında müştərini, razılaşmanı və ödənişi səliqəli qeyd edin.
Geyim, dekor və avadanlıq nüsxələrini, məşğul tarixləri və geri qaytarılmanı idarə edin.
BAŞLAMAQ SADƏDİR
Yeni müştəri yaradın və ya mövcud müştərini seçin.
Məhsulları, tarixləri və razılaşdırılmış məbləği daxil edin.
Hazırlıq, təhvil və ya qaytarılmanı qeyd edin.
Alınan pulu yazın, qalan borcu aydın görün.

İŞİNİZ HARADADIRSA, birnote ORADADIR
Kompüterdə planlayın, telefondan yoxlayın. birnote brauzerdə işləyir və telefonun ana ekranına əlavə olunur.
Tətbiqin interfeysi hazırda Azərbaycan dilindədir.
PULSUZ SINAQ
Qeydiyyatdan sonra 3 ay bütün imkanlar açıqdır. Kart tələb olunmur.
Bütün imkanlar daxildir.
Sifariş qəbul edən, hazır məhsul satan və ya məhsul icarəyə verən kiçik biznes sahibləri üçün iş dəftəridir.
Bəli. Ayarlarda nə ilə məşğul olduğunuzu seçirsiniz: məhsul satışı, icarə və ya hər ikisi. Hər iş ayrıca sifariş və ya icarə kimi qeyd olunur.
Bəli. birnote telefon və kompüter brauzerində işləyir. PWA kimi ana ekrana da əlavə edə bilərsiniz; tam oflayn redaktə nəzərdə tutulmur.
Xeyr. 3 ay ərzində iş sayı və icarə nüsxəsi limiti yoxdur, bütün imkanlar açıqdır.
Qeydiyyatdan sonra 3 ay bütün imkanlardan pulsuz istifadə edirsiniz. Kart tələb olunmur.
Ödəniş bölməsi faktiki aldığınız və qaytardığınız pulun uçotudur. Müştərinin kartından avtomatik pul çəkmir.
Bəli. İş məlumatlarını Excel və CSV formatlarında ixrac edə bilərsiniz.
Tətbiqin interfeysi hazırda Azərbaycan dilindədir. Bu tanıtım saytı Azərbaycan, ingilis və rus dillərindədir.
Xeyr. Mesajı və izləmə linkini sahibkar özü açıb göndərir. Avtomatik WhatsApp Business göndərişi yoxdur.
NÖVBƏTİ İŞ GÜNÜNÜZ DAHA RAHAT OLSUN
İlk işinizi əlavə edin və hər şeyin bir yerdə olmasının rahatlığını görün.